Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır: "Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".
***
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən “MedEra” hospitalının gözətçisiylə mübahisə edib.
Vəziyyəti pisləşən müğənni klinikadan evə yardım göndərilməsini istəsə də, gözətçi ona xəstəxanaya gəlməsini bildirib.
Bundan əsəbiləşən Ağayev eyvandan baltanı ona tərəf atıb. Lakin balta orada işləyən xadimə qadının ayağına dəyib.

Məsələ ilə bağlı "Bakupost.az" “Med”era” hospitalı ilə əlaqə saxlayıb.
Klinikadan gah məlumatlarının olmadıqlarını, gah da ümumiyyətlə orada belə bir hadisənin baş vermədiyini qeyd edərək, dəstəyi asıblar.
***
Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub. Hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Ağadadaş Ağayev özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanıı müğənni əlindəki baltanı ona tərəf atıb. Hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına dəyib.
"Bakupost.az" –ın verdiyi məlumata görə, hadisədə yaralanan şəxs "MedEra" hospitalının işçisi olub.
Belə ki, müğənninin halı pisləşdiyi üçün klinikadan evə yardım göndərilməsini istəyib. Lakin "MedEra"-nın gözətçisi ona klinikaya gəlməsini deyib.
Bu səbəbdən onlar arasında mübahisə yaranıb və əsəbiləşən A.Ağayev baltanı eyvandan gözətçiyə tərət atıb.
Balta orada işləyən xadimənin ayağına dəyib.
Qeyd edək ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət məkir.
***
Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib.
"AzPolitika” xəbər verir ki, bununla bağlı məlumatı News24.az yayıb. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
"Report" isə xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.
Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidməti açıqlama da yayıb. Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

Şərhlər
Bu yaşımacan gördüklərimdən, oxuduqlarımdan ,eşitdiklərimdən bu qənaətə gəlmişəm ki,bizdə kim tüklənirsə özü qaşınmağa başlayır ki,gəlin məni sağın.Makedon da siçovulun üsünə nöyüt töküb yandırmaqla qaşınmışdı ki,Namiq onun sifətinə yağlı bir şillə ilişdirsin.O gün verirdilər o kinonu,amma Cəbiş müəllim Makedona deyəndə ki “Əgər bir gün bilsən ki səni nəyin üstündə vurdular,bəlkə onda səndən adam ola”,onda işıqlar söndü.A balam,bu işıqları az söndürüb yandırın da.Nədəəə bu?Yolka bayramıdı?
Ola bilsin bu bədbəxt bu yaşında hələ yenicə bilib ki Dostoyevski deyə məşhur bir yazıçı var,alıb onun romanını oxuyub ki bir az maariflənsin ki televiziyaya ziyalı bilinib çıxarılanda Siyavuş Novruzov kimi danışmasın,,tərs kimi ilk oxuduğu “Cinayət və cəza” olub,ona görə bərk təsirlənib olub Raskolnikov,əlinə balta alıb cumub ee millətin üstünə,.amma mühafizənin üstünə baltaynan cumanda yadına düşüb ki, adəəə, Raskolnikov qadınlara hücum edib axı,ona görə də baltanı xadiməyə tərəf atıb.Yəni zavallı xadimə çujoy gedib,necə ki Lizaveta çujoy getmişdi haa,bax onnan.Olur belə şeylər.Bazardu dəə.
Ağadadaş nahaqdan Azərbaycanda özünə əziyyət verir, yəni toylara gedərək günə 5-3 min pul qazanır. Məncə o Çinqaçuk, Apaçi və s. rolları çox yaxşı aparardı və milyonlar qazanardı, xüsusilə balta, nizə atma rollarında "əvəzedilməz" aktyor olardı...necə deyərlər, "qaz vur, qazan dolsun"...
"Sən oldun, sən oldun, igid oğlan sən oldun.
Mən indi bilmişəm Apaçimiz sən oldun...."...
Hər ikisi qanun qarşısında günahkardır. Hər ikisin qanunun aliliyi tətbiq edilməli, görülən cəza tədbirlərindən başqalarıda özləri üçün dərs götürməlidirlər. Qanun Şahdır_ Şah qanun deyil ! Əslində layiq olmayan adamlar Mədəniyyət Nazirliyi tərəfindən dövlət titulu ilə təltif olunublar, çox təəcüblüdür... Misal üçün Şəkidə Mədəniyyət işçisi Vaqif Kərimova və saxta diplomlu Rəhman Məmmədova əməkdar mədəniyyət işçisi fəxri ad verilmişdir.... Bunların nə xidmətləri olub mədəniyyət sahəsində ? Belələrindən fəxri adlar alınmalıdır!
.. Bu gün ölkə Başçısının təsdiqinə Ağadadaş kimilərinə xalqın adından titul verilməsi ilə bağlı Mədəniyyət Nazirliyi, kimliyinə və səviyyəsinə baxmadan belə adamlarla bağlı verdiyi təkliflərin əksəriyyəti yalnış olub və nə yazıq ki, belələrinin sayı " n " qədərdir. Əgər Ağadadaşın səviyyəsi olsa idi,, o öz yerinin və titulunun ferqinə varıb elə hərəkət etməzdi. Sənətkar olmağa nə var ki, əsas odur adam olasan.
Bircə *parça* qalmış Elimizin tarixi kimi sonsuz qoşmalar mümkündür!? Real acı-fəlakətlərimizin təkrarlanan səbəbi nədir? Dövlətimizdə KİM özünü digərindən-istər adi vətəndaş, istər hətta dövlət təşkilatıdırsa belə bir azca *üstün* saydısa istədiyi ismarıcı, əmri və s(*Get Öl!*ənəcən) verirlər? Allah Xalq Artisti Ağadadaşa 100 ildən çox ömür versin ki, O, öz anlaqsızlığından, bu yaşda səbirsizliyindən utansın? *MedEra* təcili yardım da deyil, onun işçiləri də artistin qulluqçüları?
Xalq artisti olanda camaata balta atmalıdır.Nə pulu çox alıb.Mühafizədki də düz etməyib yıxılan adama təpik vurmazlar ķişi hərəkəti deyil.Vuranda vurulanda hər ikisi günahkardır.Muhafizeçi olanda kasıb olanda balta atmaq lazımdır.Yoxsa xalq artisti veriblər ki,camaatla elə davran
O küçədə, xəstəxana ilə üzbə üz Ağadadaşın mərasim evi var.
Icerde sene heyati bawa salarlar
müayinə etməsi?linika hkimləi nə üçün xəstəni müayinə etmək üçün ağırxəstə nin evinə getməkdən imtina edir və onu sadəcə baxış etmək,dinləmək üçün ünvana getməkən imtina edirlər.Bu nə dərəcədə məntqə uyğundur?Axı xəstəni xərəkdə və ya tibb kresloda klinikata təcili yardım avromoblində daşımaq olduqca baha başa gəlir və hər xəstənin buna imkanı olmur.Bəs Hipokrat andı? Hummahistlik?Səhiyyə mədəniyyəti?Səhittə Nazirliyi.ya təbib bu məsələni niyə həll etmirAxı bu heç bir çərçivətə sığmır.Bin insanın xərəkdə sadəcə bir baxış üçün irəli-geri daşımaq məqbuldur,yoxsa əli-ayağıağlı sağlam həkimin xəstəni yerində müayinə etməsi daha məqbuldur? Cavab gözləyirik.
pullq deyil , ic úzú úze cixir
Yenə nə hoqqa çıxardıb bu psix artist
Hadisənin təfərrüatını bilməsəmdə, yenə də Ağadadaş Ağayevi qınayıram. Belə ki, Xalq artisti, hamının tanıdığı bir incəsənət xadimi də balta ilə məsələsini həll edirsə, onda sıravi insandan nə gözləyək, necə deyərlər "ağıllınız kimdi ???....zəncirdə gedən...Xalq artisti, manıslar, şou biznesçilər, Xaçmazlı qoçu deputat, Fəzail Ağamalı, Rəfayıl Cəbrayılov və biri də var idi, sosial şəbəkədə intim yerini göstərirdi və s...
Onu da pul qudurdub