Rusiya Federasiyası Ukrayna qüvvələrinin “Qafqaz” limanında bərəyə hücum etdiyi barədə məlumat yayıb.
“AzPolitika” xəbər verir ki, Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev çərşənbə axşamı, iyulun 23-də öz Telegram kanalında yazıb ki, limana hücum nəticəsində gəmi alovlanıb, ekipaj üzvləri və liman işçiləri arasında xəsarət alanlar və ölənlər var: “Bu gün səhər saatlarında “Qafqaz” limanında bir bərə gəmisi PUA-lar tərəfindən hücuma məruz qalıb, hazırda təcili xidmətlər hadisə yerindədir, yanğının yayılması təhlükəsi yoxdur”.
Rusiya KİV-I yazıb ki, hücumdan sonra təcili yardım və yanğınsöndürənlər “Qafqaz” limanına doğru hərəkət edib.
Ukrayna tərəfi hələ ki, heç bir şərh verməyib.
“AzPolitika.info”


Şərhlər