Menu

Paşinyanın “velosiped diplomatiyası” - “Bu, Ermənistanı fəlakətə aparır”

23.07.2024, 13:08
Paşinyanın “velosiped diplomatiyası” - “Bu, Ermənistanı fəlakətə aparır”

“Dünyada axmaq dövlətlər yoxdur. Ancaq Ermənistan indi susur və ona qarşı qoyulan tələblərə və təzyiqlərə tamamilə hazır deyil. Hamı bizim haqqımızda danışır, öz maraqlarını təlqin edir. Biz susuruq… Ermənistanın indiki siyasi və sosial elitası getməli olan “kollektiv Bayden”dir”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış erməni politoloq Vaqe Ovannisyan yerli mətbuata açıqlamasında deyib.

O, qeyd edib ki, hazırkı Ermənistan hakimiyyəti ölkə qarşısında duran əsl riskləri başa düşmür: “İctimai laqeydlik və elitanın primitiv merkantilizmi ucbatından bir velosipedçinin(Paşinyan nəzərdə tutulur-red.) başçılıq etdiyi təsvir olunmaz fəlakətə doğru getdiyimizi başqa necə izah edə bilərik? Xalqa mütləq demək lazımdır ki, velosipedçinin bu kursu yeni bir fəlakətə gətirib çıxarır. O, Qərbdən Rusiyanın vasitəçiliyi ilə əldə edilə biləcək həllərdən daha pis həll yolları istəyir. Açıq demək lazımdır ki, bir çox müxalifət liderlərinin Qərbdə mülkləri, biznesləri, kapitalları olduğu üçün onalr səslərini qaldırmayacaq.

Açıq demək lazımdır ki, resursları olan bir çox insan “Moskvadan onlara heç nə deyilmədiyi üçün” səsini çıxarmır. Danışmaq üçün bəzilərinə Moskvadan, bəzilərinə Vaşinqtondan, bəzilərinə də Ankara və Bakıdan qadağa qoyulur…”

Erməni politoloqun dediklərində bəzi real həqiqətlər var. Belə ki, Paşinyan hakimiyyətinin “velosiped diplomatiyası” ilə müşayiət olunan “gah nala, gah mıxa” siyasəti Ermənistan üçün ciddi təhlükələr yaradır. Eyni zamanda bu, regionda davamlı və etibarlı sülhün bərqərar olunmasına da imkan vermir. Bundan ən çox ziyan görə biləcək tərəf isə elə Ermənistanın özü olacaq.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Oxucu 2024-07-24 01:03:17

Ay qaga indi sən bizdə olmayan şeyə qara yaxırsan? :))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol