Menu

“Baydenə qarşı çevriliş olub” – Tramp və gələcək vitse-prezidentin iddiası

23.07.2024, 14:37
“Baydenə qarşı çevriliş olub” – Tramp və gələcək vitse-prezidentin iddiası

Son günlər ABŞ Prezidenti Co Baydenin çox güclü təzyiqlər, hətta az qala, çevriliş nəticəsində namizədlikdən imtina etdiyi barədə məlumatlar yayılır.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp və respublikaçıların ABŞ vitse-prezidentliyinə namizədi J.D.Vens “Fox News”-a birgə müsahibə veriblər. Onlar hazırkı dövlət başçısı Co Baydenə qarşı “çevriliş” edildiyinə inandıqlarını bildiriblər. Tramp prezidentlik yarışından çəkilmək qərarından sonra “Baydenə qarşı “çevriliş”dən söhbət gedə bilərmi” sualına “Bir növ, bəli, belə demək olar”, - deyə cavab verib.

Vens də bu məsələdə Trampla razılaşıb.

Xatırladaq ki, iyulun 21-də Bayden prezidentlik yarışından çəkildiyini elan edib. Bundan sonra Bayden Demokratlar Partiyasından Amerika lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol