Menu

Samur-Abşeron kanalında uşaq batıb

23.07.2024, 16:50
Samur-Abşeron kanalında uşaq batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol