Menu

“Xarici işlər nazirlərinin Bazeldə görüşməməsindən təəssüflənirik” - Uorlik

08.12.2014, 11:56
“Xarici işlər nazirlərinin Bazeldə görüşməməsindən təəssüflənirik” - Uorlik

“ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməməsindən təəssüflənirik”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.

“Dialoq sülh prosesinin vacib bir hissəsidir” - deyə o, qeyd edib.

Xatırladaq ki, ATƏT Nazirlər Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü baş tutmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol