Menu

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxladı

23.07.2024, 21:18
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxladı

Türkiyə Mərkəzi Bankı ardıcıl dördüncü iclasda əsas faiz dərəcəsini dəyişməz saxlamaq barədə qərar qəbul edib.

Türkiyə mediyasının məlumatına görə,iyul iclasından sonra yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 50 faiz səviyyəsində qalıb.

Bu, 2002-ci ildən bəri ən yüksək səviyyədir. Qərar əksər analitik və iqtisadçıların proqnozları ilə üst-üstə düşüb.

Mərkəzi Bankın mesajında qeyd edilir ki, Türkiyədə baza inflyasiya səviyyəsi ümumilikdə gözlənilən diapazondadır, lakin geosiyasi qeyri-müəyyənlik, xidmət və ərzaq məhsullarının yüksək qiymətləri fonunda yuxarıya doğru dəyişiklik riskləri mövcuddur. İnflyasiya gözləntiləri ilə bağlı vəziyyətin gözlənilməz pisləşməsi halında tənzimləyicinin rəhbərliyi yeni dərəcə artımlarına hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol