Menu

Azərbaycana gətirilən spirtli içkilər üçün aksiz dərəcəsi dəyişib

24.07.2024, 13:15
Azərbaycana gətirilən spirtli içkilər üçün aksiz dərəcəsi dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

Şampan şərabı üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar 1 litr üçün aksiz dərəcəsi 5,1 manatdan 2,7 manata endirilib.

Denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit üçün aksiz dərəcəsi 1 litr üçün 6 manatdan 6,8 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litr üçün 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi 1 litr üçün 12,0 manatdan 12,8 manata qaldırılıb.

Şərhlər

Məzahir 2024-07-24 14:24:02

Azərbaycana spirtli içkilərin natural özü yox,sadəcə etiketləri gətirilir.Hətta onların çoxu elə burada çap olunur.AQTA nə zaman marketlərdə satışda olan araq və konyakları və digər içkiləri ciddi yoxlayıb7Əksərən spirtli içkilər standartlardan çox uzaqdır.Amma satış davam edir.AQTA nədənsə bu məsəəni kənardan izləyir,Yəni xəbəri vat,ancaq,rüşvətini öncədən alır və kənarda qalır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol