Menu

“Rusiya tərəfi ilə danışıqlara hazırıq” - Kuleba

24.07.2024, 15:28
“Rusiya tərəfi ilə danışıqlara hazırıq” - Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Vanq Yi ilə görüşündə  Rusiya tərəfi ilə danışıqlara hazır olduqlarını bəyan edib.

"AzPolitika" xəbər verir ki, Vanq da öz növbəsində Rusiya ilə Ukrayna arasında münasibətlərin sağlam və sabit inkişafına çağırıb.

Çin və Ukraynanın on ildən artıqdır ki, strateji tərəfdaşlıq əlaqələrinin olduğunu bildirən Vanq, illərdir ki, ikitərəfli əməkdaşlığı davamlı şəkildə inkişaf etdirdiklərini bildirib.

Çinin beynəlxalq sülhün təmin olunmasındakı müsbət və konstruktiv rolundan məmnun olduqlarını vurğulayan Kuleba, iki ölkənin təkcə strateji tərəfdaş deyil, həm də mühüm ticarət tərəfdaşı olduğunu bildirib. Kuleba qeyd edib ki, Ukrayna Çinin “vahid Çin” siyasətini dəstəkləyir və iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına ümid edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol