Menu

Mişar daşının qiyməti artıb - RƏSMİ

24.07.2024, 20:57
Mişar daşının qiyməti artıb - RƏSMİ

Azərbaycanda mişar daşının pərakəndə satış qiyməti 10-15 % artıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov bildirib.

"Mişar daşının bahalaşması barədə yayılmış xəbər doğrudur, ancaq burada müəyyən təfsilata ehtiyac var. Çünki mişard aşının qiymətinin artmasına bir yox, bir neçə amil təsir edir. Əvvəla, hər yay mövsümündə tikinti materialları bazarında bu və yaxud buna bənzər hallar gündəmə gəlir. Bundan başqa, yük avtomobillərinin tutumuna texniki nəzarətin gücləndirilməsi, yanacaq qiymətləri, sərbəst ticarət amili mişar daşı qiymətlərinə təsir edə bilər", - deyə o qeyd edib.

Şərhlər

asif 2024-07-24 17:02:41

camahat qirilir acindan.bele idarecilik olmur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol