"Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır"
Deputatlığa namizəd Elton Arzuman oğlu Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib.
"AzPolitika" “Report” istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
Qeyd edilib ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib.
Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.
MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır. Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub.
Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib. Qərar səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, E. Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
"AzPolitika.info"

Şərhlər
Azərbaycana ən böyül maddi və məəvi rüşvətin leqaııa.dırılmasını təşkil və müdafiə edən idarəçilik sistemi edir.niy ölkədə rüşvətə aid cibayət Məcəlləsi yarı tətbiq olunur?Buna kimlər icazə verib?Niyə rüşvət verən cəzalandırılmır və azad gəzir?Rüşvət alan,cəzalanan lar isə kiçik ranqlı məmurlar olur.Bu sahəni,yəni Azərbaycanda rüşvətin geniş vüsət almasını mövcud idarəetmə sistemiindin yaratmasına kiminsə şübhəsi qalıbmı?Deməli sistem Azərbaycanı bu hala salıb.Məmmədovlar tək deyilki!Qaralovlar.Usubovlar,Qarayevlərhətta Məmmədyarov və sairə.və sairə.Sistem dəyişməlidir.
Giya yerdə qalan namizədlərin sənədlərində saxtakarlqıar yoxdur?....Bəs MSK onları niyə yoxlamır?
Məmmədovlara Ucarda bəzi öz qohum əqrabasından başqa hamı nifrət edir. Bu qardaşlar puldan ötrü hər bir rəzalət törətməyə hazır biriləridir. Eltonun bir zamanlar Rusiyada etdikləri araşdırlarsa ömürlük həbsi boynunun ardındadır. Bunlar çox haqsızlıq edib.
Bunları səhv edib tutub içəri soxmadılar. İndi münbit şərait yetişən kimi dişlərini qıcayırlar. Məmmədovlar heç kim idi və birdən ölkənin ən varlısı edildilər və qururdular. Bunlar hələ çox qələtlər qarışdıraraq.