Menu

Britaniyanın yeni hökuməti Netanyahunun həbsinə dair BCM-ə verdiyi etirazını geri götürəcək

25.07.2024, 19:11
Britaniyanın yeni hökuməti Netanyahunun həbsinə dair BCM-ə verdiyi etirazını geri götürəcək

Böyük Britaniyanın yeni hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə əvvəlki hökumətin verdiyi etirazı geri götürəcək.

APA xəbər verir ki, bu barədə "New York Times" hökumətin məsələ ilə bağlı müzakirələrindən xəbərdar adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Böyük Britaniyanın Leyboristlər Partiyasının rəhbərlik etdiyi yeni hökumətin BCM prokurorunun Qəzzadakı müharibə ilə bağlı baş nazir Benyamin Netanyahuya qarşı həbs orderi tələbinə son hökumətin etirazlarından geri çəkiləcəyi gözlənilir.

"New York Times" xəbər verir ki, Böyük Britaniyanın yeni Baş naziri Keir Starmerin qərarının bu həftənin sonuna qədər veriləcəyi gözlənilir.

Şərhlər

Mütərcim Müstəcəbli 2024-07-25 20:10:41

Güman ki, Xarici və Beynəlxalq münasibət işçiləri belə bir Hüquqi Prosedurdan savadlıdırlar! Bəs nədən, azərbaycanlı ailələrinə və Azərbaycana qarşı Hərbi soyqırım cinayətləri (BMT TŞnın təhlükəsiz DQMV həllindən zidd belə) daha 25 il bizə məlum terrorbaşçıları Beynəlxalq Cinayət Məhkəməsinə təqdim-təslim edilməyiblər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol