Menu

"Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil" - Səfir

26.07.2024, 09:19
"Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil" - Səfir

“Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil”.

“Report”un məlumatına görə, bu barədə İsrailin Rusiyadakı səfiri Simona Halperin “İzvestiya” qəzetinə bildirib.

“İndi İranla danışıqlardan heç bir söhbət gedə bilməz”, - deyə o vurğulayıb.

İran və İsrail arasında münasibətlər 2024-cü ilin aprelində pisləşib. Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna zərbələr endirib. Hücum zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun beş zabiti və iki generalı ölüb.

Aprelin 13-də Tehran İsrailin hücumuna cavab olaraq yəhudi dövlətinə PUA-lar və raketlər atıb. İran rəsmiləri hədəflərin yalnız hərbi hədəflər olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol