"84 saylı Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyim rəsmi şəkildə qeydə alındı".
"AzPolitika" xəbər verir ki, bu barədə VI çağırış parlamentin üzvü, iqtisadçı Vüqar Bayramov biıdirib.
"Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad olunan və quruculuq mərhələsinə daxil olan Füzuli şəhərini də əhatə etməklə rayonumuzun bütün məskunlaşmış yaşayış məntəqələrində avqustun 9-dan aktiv təbliğata start verib, dəyərli seçicilərlə yenidən sıx görüşlərə başlayacağıq" - deyə, o, "Facebook" səhifəsində yazıb.
"AzPolitika.info"


Şərhlər