Meksikanın ən böyük narkotik karteli hesab olunan “Sinaloa”nın qurucusu İsmael “El Mayo” Zambadan Qarsiya və “El Çapo” ləqəbli məşhur narkobaron Joaqin “Shorty” Quzmanın oğlu Xoakin Quzman Lopez ABŞ hökumətinə təslim olublar.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb. Məlumata görə, onlar Texas ştatının El Paso şəhərində saxlanılıblar. El Paso bölgəsindəki hava limanına təyyarə ilə eniş etdikdən sonra ABŞ polisi onları həbs edilib.
Qeyd edək ki, Zambada və Quzman Lopez ABŞ-yə külli miqdarda narkotik, xüsusən də 18-45 yaş arası amerikalılar arasında əsas ölüm səbəbi olan fentanil daşımaqda ittiham olunurlar. Bəzi iddialara görə, ABŞ-də Zambadanın tutulması üçün 15 milyon dollar, Quzman Lopez üçün isə 5 milyon dollar mükafat təyin edilmişdi.
ABŞ səlahiyyətlilərinə görə, “Sinaloa” karteli Meksikanın ən güclü iki mütəşəkkil cinayətkar qrupundan biri kimi tanınır və dünyanın 50-dən çox ölkəsinə narkotik qaçaqmalçılığı ilə məşğuldur.
“AzPolitika.info”

Şərhlər