Menu

İran Ermənistana hərbi yardım etməyəcək – Səfir yayılan məlumatları təkzib etdi

26.07.2024, 11:54
İran Ermənistana hərbi yardım etməyəcək – Səfir yayılan məlumatları təkzib etdi

“İranın Ermənistandakı səfiri Tehran və İrəvan arasında hərbi razılaşma barədə məlumatı təkzib edir”.

“AzPolitika” xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfriliyi məlumat yayb.

Mehdi Sobhaninin sözlərinə görə, bu məlumatın mənbəyi İranla bağlı birtərəfli təhlili və yanlış məlumat yayma tarixi ilə tanınan etibarsız mediadır.

O vurğulayıb ki, bu cür məlumatların yayılmasında məqsəd İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına təsir göstərməkdir. İranın Ermənistandakı səfiri Tehranın Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın bərqərar olmasına tərəfdar olduğunu iddia edib.

Dünən “İran İnternational” saytı Ermənistanla İran arasında 500 milyon dollara yaxın hərbi-texniki saziş imzaladığı barədə məlumat yayıb. Sayt iddia edib ki, bu saziş çərçivəsində Tehran İrəvana “Şahed 136”, “Shahed 129”, “Shahed 197” pilotsuz təyyarələri, hava hücumundan müdafiə raket sistemləri və s. təchiz edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol