İsrail hərbçilərinin Şərqi Qüdsdəki Məscidül-Əqsada cümə namazından əvvəl insanlara zorakılıqlarını lentə alan Türkiyənin “TRT Haber” telekanlının əməkdaşı döyülüb.
“AzPolitika” xəbər verir ki, İsrail hərbçilərinin hücumuna məruz qalan kameraman Ömər Avvad yaralanıb. Həmçinin İsrail hərbçiləri “TRT Haber”in müxbiri Mücahit Aydemirin telefonunu zorla əlindən alıb, telefondakı görüntüləri siliblər.
Bu barədə “X” hesabından paylaşım edən Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç “TRT Haber” komandasına edilən hücumu qınayan açıqlama yayıb.
“İşğalçı İsrail qüvvələrinin Məscidül-Əqsada“TRT Haber” komandasına hücumunu şiddətlə qınayıram. Hücum zamanı yaralanan operatora şəfa diləyir, TRT ailəsinə ən xoş arzularımı çatdırıram. İsrail terror dövləti kimi qəsdən jurnalistləri hədəfə alır və törətdiyi qətliamları gizlətməyə çalışır: İşğalçı İsrail nə edirsə etsin, bu soyqırımını, insanlığa qarşı cinayətlərini və müharibəsini gizlədə bilməyəcək”, -deyə nazir bildirib.
“AZPolitika.info”


Şərhlər