Menu

"Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi" - Spiker

26.07.2024, 15:48
"Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi" - Spiker

Müxalifət Ukraynaya dəstək göstərilməsini təklif etməklə, Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi.

APA-nın “Sputnik-Georgia”ya istinadən xəbərinə görə, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

O deyib ki, bir neçə dəfə müxalif partiyalar Ukraynaya silah-sursat göndərilməsi, Rusiyaya qarşı döyüşmək üçün könüllü dəstələrin yaradılması, eləcə də adı çəkilən ölkəyə sanksiyaların tətbiqi ilə bağlı əsassız təkliflər səsləndirib:

“Hətta NATO ölkələri belə Ukraynaya silah-sursat tədarükü zamanı “qırmızı xətti” keçməməyə çalışır. Çünki belə olduqda Rusiya onları da münaqişə tərəfi kimi tanıyacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol