Menu

Rusiya təyyarə əvəzinə maketləri vurur – VİDEO

26.07.2024, 20:00
Rusiya təyyarə əvəzinə maketləri vurur – VİDEO

Son dövrlər Ukrayna müharibə meydanında maketlərdən istifadəni xeyli artırıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Ukrayna təyyarələrini, HHM sistemlərini əks etdirən maketlərə Rusiyanın “İskəndər” raketlərinin hücumunu əks etdirən videoçarx nümayiş etdirib.

Bu, Ukrayna Hərbi Hava Qüvvələrinin saxta hava hücumundan müdafiə mövqelərinin, təyyarə stendlərinin və digər texnika maketlərinin istifadəsinin effektivliyini göstərib.

Ukrayna Silahlı Qüvvələri nümayiş etdirdiyi videonun şərhində qeyd edir ki, "saxta hava hücumundan müdafiə mövqeləri, təyyarə stendləri və Hərbi Hava Qüvvələrinin digər avadanlığı effektiv işləyir". Qeyd olunur ki, bununla da düşmən daha çox resurs, kəşfiyyat vasitələri, ballistik və qanadlı raketlər, hücum PUA-ları sərf edir: “Maket nə qədər çox olsa, bir o qədər yaxşıdır!”

“AzPolitika.info”

Şərhlər

Tt 2024-07-27 05:08:14

Bos sohbetdir yerlim kiyevdedi deyir xarkovda nato təlimatçılarını vurublar kiyevin özündede nə patriot saxlanc yerini vurublar bunlar sadəcə kəşfiyyatı yanıltmaq məqsədi ilə verilən informasiyadı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol