Menu

“İkinci cəbhə açmadığımız üçün qıcıqlanırlar” – Kobaxidze

26.07.2024, 17:40
“İkinci cəbhə açmadığımız üçün qıcıqlanırlar” – Kobaxidze

Gürcüstanda parlament seçkisi yaxınlaşdıqca, hakim siyasi qüvvə ölkə vətəndaşlarını Rusiya ilə qarşıdurma perspektivi ilə daha çox qorxudur.

“AzPolitika” xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında xaricdəki konkret qüvvələrin Gürcüstanın hələ də Rusiya ilə qarşıdurma üçün “ikinci cəbhə” açmamasından qıcıqlandığını deyib.

Onun dediyinə görə, Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istəyirlər: “Birbaşa səylər göstərildi ki, Gürcüstan hərbi münaqişəyə qoşulsun ki, burada (Rusiya Federasiyasına qarşı) ikinci cəbhə açılsın. Biz buna imkan vermədik, ona görə də konkret qüvvələr qıcıqlanır, lakin biz öz milli maraqlarımızı sona qədər qorumalıyıq”.

Daha əvvəl isə Gürcüstanın Baş naziri iddia edib ki, müxalifət oktyabrda keçiriləcək parlament seçkilərində qalib gələrsə, ölkə guya bir neçə gün ərzində Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevriləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol