Menu

Güclü külək, 10 dərəcə şaxta - Proqnoz

08.12.2014, 13:04

Termometr_havaSabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, axşam arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Rayonlarda gecə və səhər bəzi yerlərdə duman, çiskin qeydə alınacaq. Cənub bölgəsində az yağış yağacaq. Cənub-şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Departamentdən bildirilib ki, paytaxtda küləkli hava dekabrın 11-nə qədər davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol