ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 13-də sui-qəsdə məruz qaldığı ərazidə yenidən seçki mitinqi keçirəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə Donald Tramp “Truth” sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib.

“Böyük və gözəl bir mitinq üçün Pensilvaniya ştatının Butler şəhərinə qayıdacağam”, - deyə Tramp qeyd edib.

Keçmiş ölkə başçısı mitinqin keçiriləcəyi gün barədə məlumat verməyib.

Xatırladaq ki, Donald Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində seçki mitinqində kürsüdə çıxış edərkən silahlı hücuma məruz qalıb və sağ qulağından yaralanıb.

"AzPolitika.info"