Menu

İrana bağlı qruplar ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib - ABŞ hücumları cavabsız qoymayıb

27.07.2024, 12:54
İrana bağlı qruplar ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib -  ABŞ hücumları cavabsız qoymayıb

İrana bağlı proksi qüvvələr  Suriyanın şərqində ABŞ qüvvələrinin yerləşdiyi bazaya hücum ediblər.

"AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində iranyönlü silahlı qruplaşmalar Suriyanın Deyr-əz-Zor əyalətinin şimal-şərqindəki Konikodakı ABŞ hərbi bazasına iki dəfə zərbə endirib.

Qeyd olunub ki, sözügedən bazaya 10-dan çox raket atılıb. Buna cavab olaraq, ABŞ ordusu iranpərəst qrupların nəzarətində olan ərazilərə hava hücumları təşkil edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol