Menu

Ukraynadan daha bir uğurlu PUA hücumu – Rusiyanın strateji bombardmançısı sıradan çıxarılıb

27.07.2024, 16:09
Ukraynadan daha bir uğurlu PUA hücumu – Rusiyanın strateji bombardmançısı sıradan çıxarılıb

İyulun 27-nə keçən gecə və səhər saatlarında Ukrayna Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində Saratov vilayətinin Engels şəhərində, Ryazan vilayətinin Dyagilevo və Murmansk vilayətinin Olenya şəhərində Rusiyanın hərbi aerodromlarına hücum edilib. Həmçinin, PUA hücumu nəticəsində Ryazanda neft emalı zavodu vurulub.

“AzPolitika” xəbər verir ki, bu barədə UNİAN-a Ukrayna kəşfiyyatındakı mənbələr məlumat verib: “Şahidlərin sözlərinə görə, Dyaqilevo hərbi aerodromunun ərazisində ilk partlayışlar yerli vaxtla səhər saat altı radələrində baş verib. Sosial şəbəkələrdə üç partlayış səsi eşitdiklərini yazırlar. İstifadəçilər həmçinin aerodrom istiqamətində uçan dronların videosunu, daha sonra isə aerodromun üzərində qara tüstünün yüksəldiyini göstərən fotonu yayımlayıblar. Təyyarə tipli PUA-nın Murmansk vilayətindəki Olenya aerodromunu vurması nəticəsində uzaq mənzilli, səsdən sürətli raket daşıyan bombardmançı - TU-22M3-ün zədələnməsi qeydə alınıb”.

Qeyd olunur ki, Olenya aerodromu Ukrayna sərhədindən təxminən 1800 km məsafədə yerləşir. Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Kursk, Belqorod, Rostov, Bryansk və Lipetsk vilayətlərində azı 12 PUA vurulub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol