Menu

Harrisin vitse-prezident postuna namizədini nə vaxt açıqlayacağı məlum olub

27.07.2024, 20:40
Harrisin vitse-prezident postuna namizədini nə vaxt açıqlayacağı məlum olub

ABŞ prezidentliyinə namizəd Kamala Harris avqustun əvvəlində vitse-prezident postuna namizədini elan edəcək.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məsələni bilən Demokrat mənbə CNN-ə açıqlaması zamanı "Harris kiminlə işləmək ona rahatdırsa onu seçəcək" deyərək Harrisin əvvəllər bu sahədə qabaqcıl hesab edilən namizədlərə meyl etmədiyini bildirib.

CNN qeyd edir ki, aparıcı namizədlər siyahısına Şimali Karolina qubernatoru Roy Kuper, Pensilvaniya qubernatoru Coşua Şapiro və Arizona senatoru Mark Kelli daxil olmaqda davam edir.

Bundan əlavə, Harrislə yaxşı münasibətdə olan nəqliyyat naziri Pit Butticig, həmçinin Kentukki və Minnesota qubernatorları Endi Bəşir və Tim Uolz da istisna edilmir.

Şərhlər

Mubariz 2024-07-28 11:38:56

Nəqliyyat naziri amerikalıların rəğbğt bəslədiyi adamdır , Bayden çəkilməmişdən əvvəl ,onu əvəzləyicisi bu adam olacağını və Trampı siyasət meydanından siləcəyini demişdim ,onun vitse -prezident olması gələcəyə hesablanmış addım olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol