Menu

"Mahmud Abbası dəvət etmişik, gəlməyib" - Ərdoğan

28.07.2024, 00:20
"Mahmud Abbası dəvət etmişik, gəlməyib" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə keçirilən Qeyri-Hökumət Təşkilatları və Sektor Nümayəndələrinin Toplantısında çıxış edib.

APA xəbər verir ki, Ərdoğan çıxışı zamanı Fələstin prezidenti Mahmud Abbası da tənqid atəşinə tutub.

“Bəzi siyasi partiyalar “Hökumət Fələstin prezidentini Türkiyəyə dəvət etməli və parlamentdə danışdırmalıdır” deyir. Kim deyir ki, dəvət etməmişik? Dəvət etdiyimiz halda gəlməyən möhtərəm Abbasdır. Əvvəlcə bizdən üzr istəməlidir. Dəvət etmişik, amma gözləyirik, görək gələ biləcəkmi", - deyə Ərdoğan bildirib.

Şərhlər

Veteran 2024-07-30 23:41:34

Cənab Sayın Başqan Bu abbasdır, fələsdindir nədir, bəlkə bunların başını buraxasınılz. Türkə düşmən mövqeyində olan hökumət və kimlərsə Sizin nüfuzunuza və apardığınız siyasətə kölgə salır.

Vətəndaş 2024-07-28 13:06:41

Hörmətli Ərdoğan Sizə çox böyük hörmətim var. Ancaq Rusdan Fələstindən ötəri bu qədər canfəşanlıq edib və buna görə başqa ölkərlə konfrantasiya getmək Türkə xeyir gətirməz. Rus Türkün 1-ci düşmənidir. Vəziyyəti düzələn kimi Gorbagor Pyotr dediyi kimi deyəcəklər Rus bayrağı İstambulda olmalıdır

Mubariz 2024-07-28 11:44:13

Cənab Ərdoğan ,müsəlman qardaşın dediyin o zat nəinki Türkiyəni ,heç Azərbaycanı da sevmir ,ermənilərin dəvətini sevə-sevə qəbul edərdi ,zatən gedib orada qondarma soyqrım zibilxanasına əklil qoyandan nə gözləyirsiz ? Ona görə İsraillə münasibəti pozmağa dəyməz

RR 2024-07-28 09:38:54

Katalikosnan qórúshe qedib, vaxti yoxdu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol