Menu

Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişlidə dəfn olunacaq

28.07.2024, 20:33
Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişlidə dəfn olunacaq

Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişli rayonunda dəfn olunacaq.

"Report"un Muğan bürosu xəbər verir ki, o bu gün 56 yaşında vəfat edib.

Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol