Menu

VAHİD ƏHMƏDOV NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ - "Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər"

28.07.2024, 21:35
VAHİD ƏHMƏDOV NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ - "Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər"

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Məlumatı "Report"a V.Əhmədov təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Xatırladaq ki, iyunun 28-də Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Şərhlər

Mubariz 2024-07-29 12:50:50

Hörmətli Vahid Əhmədov ,namizədliyinizi verəndə hiss etmirdinizmi dincəlmək lazımdır ? Qocalmısız ? Elə arqument gətirin ki ,inandırıcı olsun .Deyin ki , yuxarıların « xeyir-duasını » ala bilmədim .Hələ belə tamaşaya çox baxacağıq

TARİX 2024-07-29 11:07:13

COX-COX TƏƏSÜFLƏR.

Senan 2024-07-29 10:36:31

Son anda dala verməyin bașqa səbəbi var dediklərinsə důṣůk bəhanələrdi məṣədi.

patriot 2024-07-29 10:17:42

ağılın, vicdanın , həya-abırın da yeri varmış oralarda

Watchman 2024-07-28 23:14:34

Sənə yuxarıdan tapşırıblar ki, get istirahət et)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol