Menu

DOSTLUĞUN VERƏ BİLƏCƏYİ TÖHFƏLƏR – Millət vəkilinin məqaləsi

29.07.2024, 09:24
DOSTLUĞUN VERƏ BİLƏCƏYİ TÖHFƏLƏR – Millət vəkilinin məqaləsi

Etibar Əliyev, millət vəkili

1-ci yazı

“Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin - Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz.”

Çin Xalq Respublikasının sədri Si Cinpin

“Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik.”

Azərbaycan Prezidenti İlham Əliyev

(Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşündən)

Azərbaycan postindustrial cəmiyyətin inkişafı naminə dünya təcrübəsini yaxından öyrənir. Ölkəmizdə innovasiyalar üçün bütün şəraitlər yaradılıb. Konkret olaraq Çin Xalq Respublikasının təcrübəsi olduqca maraqlı və vacibdir. Bu ölkə innovasiyalar üçün kritik vacib şərtləri müəyyənləşdirib:

- Təhsil sistemi STEM (science, technology, engineering, mathematics) sahəsi üzrə mütəxəssislər hazırlamalıdır;

- Tədqiqat və innovasiyalara dövlətin dəstəyi;

- İntellektual mülkiyyətin qorunması;

- Böyük sayda sahibkarlıq startaplarının yaradılması;

- Startapların maliyyələşmə sistemi və vençur kapitala əlçatanlıq.

Çin Xalq Respublikasında belə bir yanaşma mövcuddur: təhsil sferasında bu ölkə öz universitetlərinin məzunları və dünyanın aparıcı ölkələrində təhsil almış məzunların ölkəyə dönməsindən asılıdr. Bu yanaşma “Çin plyus” adlanır.

Çin dünyada STEM fənlərinə aid proqramlar üzrə ən çox bakalavr, magistr, doktorant hazırlığını həyata keçirən ölkədir. 2017-ci ildə STEM üzrə 3 milyon tələbə təhsil alıb. Bu tərkibin əsas hissəsini ölkənin 20 elitar universitetinin məzunları təşkil edir. Çin Xalq Respublikası dünyada yeganə ölkədir ki, xarici ölkələrin ali məktəblərinin dünənki məzunlarını kənarda qoymur. 1978-ci ildə xarici universitetlərdə 4 milyon çinli təhsil alıb ki, bunların 2,2 milyonu ölkəyə qayıdıb. Bu repatriantlar, yaxud hayqular (haigui “dəniz tısbağaları”) Çinin innovasiya ekosisteminin nüvəsini təşkil edirlər. Beləliklə, Çin həm öz universitetlərində STEM mütəxəssislərini, həm də dünyanın aparıcı universitetlərinin bu sahə üzrə çinli mütəxəssislərini bir araya gətirir.

Çin təhsil sistemində yaradıcılıq mədəniyyəti get-gedə genişlənir. Xeyli sayda çinli tələbə inkişaf etmiş ölkələrin ali məktəblərinin diplomu ilə vətənə qayıdanda onlar yerli məzunlarla eyni mədəniyyətin daşıyıcısı kimi fəaliyyət göstərirlər. Təhsil mədəniyyəti zənginləşdirir. Maraqlı bir məsələni də qeyd etmək yerinə düşər. Böyük Britaniyanın Təhsil naziri “riyaziyyat” fənninin tədrisinin yaxşılaşdırılması üçün hər il Çindən 100 müəllim qəbul edir.

Ölkələrimiz arasındakı dostluq münasibətlərindən bəhrələnərək STEM sahəsində mütəxəssis hazırlığı üçün Çin təcrübəsi öyrənilməlidir. Bu yazımı innovasiyalar üçün yaradılan 1-ci şərtə həsr etdim. Bu ölkədə innovasiyaların tətbiqi üçün digər 4 şərt də bütün dünyaya örnəkdir.

Növbəti yazım bunlara həsr olunacaq...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol