İsrail administrasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan yazı və bəyanatlarına rəsmi Ankaradan cavab gecikməyib.
“AzPolitika” xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda İsrail Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt ifadələr işlədilib.
“Hitlerin sonu necə oldusa, soyqırımçı Netanyahunun da sonu elə olacaq. Soyqırım törədən nasistlər hesab verdiyi kimi, fələstinliləri məhv etməyə cəhd edənlər də cavab verəcəklər. Fələstinliləri məhv edə bilməyəcəksiniz”, -deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib.
Türkiyəli nazirin paylaşımında bu ifadələr yer alıb: “Prezidentimiz bəşəriyyətin vicdanının səsinə çevrilib. Bu haqq səsini boğmaq istəyən beynəlxalq sionist dairələr, xüsusən də İsrail böyük təşviş içindədir. Tarix bütün soyqırımlar və onların tərəfdarları üçün eyni şəkildə başa çatıb”.
Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamada İsrailə hərbi müdaxilə edə biləcəklərinə eyham vurub. Bunun üzərinə bir sıra İsrail rəsmiləri Ərdoğan haqqında təhqiredici açıqlamalar veriblər.
“AzPolitika.info”


Şərhlər
Netanyahu Konqressdəki çıxışında da Hitler kimi çılğın görünmək istəyirdi,bircə o qalmışdı ki deputatlara sağ əlini uzadıb “Hayl Hitler!” deyə çığırsın.Çığırsaydı Konqressdəkilər də ona fürer salamı verəcəkdilər mən ölüm.Çünki Konqress binasını dolduranların cəmisi üçdə biri deputat imiş,həm Senatdan,həm də Nümayəndələr palatasından cəmisi 250-yə yaxın deputat varıydı,qalanları salonu doldurmaq üçün ordan-burdan acilən çağırılıb toplanan hər cür texniki işçiləriydi,ona görə sovet qurultaylarında Brejnevin çıxışı zamanı olduğu kimi hər kəlməsinə meymun kimi qalxıb şappaşap əl çalıb otururdular.Yüksək qonaq gəldiyində Konqressdə çıxış edəcəksə salon tamamən dolu olmalıdı,bu,ABŞ-da normal bir şeydi.Əgər deputatlar gəlməzsə onların yerinə yan-yörədən kimi olsa çağırarlar dolduraralar boş yerləri.Bu,fantaziyam deyildir,həqiqətən də Vaşinqtonda belə qayda vardır və Netanyahunun çıxışı zamanı da belə etmişdilər.Amma,kardeşim,əlli iki dəfə qalxıb oturacaqdınızsa başdanca qalxıb bir də sonda oturmaq daha məqsədə müğayir olmazdımı?O qədər qalxıb oturdular ki,Netanyahu cürətləndi,biləndə ki ABŞ CİA əməkdaşları xəlvətcə Golan təpələrinə raket atıb bunu Hizbullahın üstünə atıblar,işini yarımçıq qoyub qayıdıb ki Livanı vurajam.Livanı vura bilərsən,amma bu dəfə başın çox ağrıyacaq vallah.Özün bil,məndən deməkdi.Sən vur ki,Hizbullah güzgüdə özünə baxıb desin ki,ayə,madam ki beləydi,7 oktyabrdan bu yana susmaqda eşşəklik eləmişəm ki.Gördün athaatdı,sən də at.Parttat ee.Vur dağıt.Onsuz da CİA öz əliylə 23 il qabaq Vaşinqtonda ekiz qüllələri partladanda islam üzərinə səlib müharibəsinə başlayıb,adını da qoyub ərəb baharı,narıncı inqilab,qaşqaldaq filan.Atana Allah atsın,yau kardeşim.Atırlarsa sən də at.Boş dayanma.