Menu

“Ermənistanın borcu çox təhlükəli həddə çatıb” - “Əvəzində dövlət mülkiyyətini verməli olacağıq”

29.07.2024, 16:17
“Ermənistanın borcu çox təhlükəli həddə çatıb” - “Əvəzində dövlət mülkiyyətini verməli olacağıq”

12 milyard dollarlıq dövlət borcu Ermənistan üçün son dərəcə təhlükəlidir. “

AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan erməni mətbuatına açıqlamasında deyib.

Onun fikrincə, əhalisinin yarıdan çoxunun yoxsul olduğu və iki qonşu ölkə ilə münaqişə vəziyyətində olan Ermənistanda xərclərin 13%-i borcların ödənilməsinə yönəldilib. Bu isə müdafiənin gücləndirilməsinə, iqtisadi və sosial problemlərin həllinə sərf oluna biləcək böyük vəsaitdir.

Sarkisyan ən mühüm problem kimi borc götürülən vəsaitlərin həm borcu bağlaya, həm də əlavə gəlir yarada biləcək gəlirli sahələrə yönəlməməsini önə çəkib: “Bu templə zaman gələcək ki, Ermənistan dövlət əmlakını verməklə borcunu kompensasiya etməyə məcbur olacaq”.

Auditorlar Palatasının sədri qeyd edib ki, Ermənistanı Avropa İttifaqına üzv olmağa çağıran hər kəs Ermənistana qarşı çıxır, çünki onun iqtisadiyyatı orada rəqabətə davamlı deyil: “Ermənistanı Aİ-də gözləmirlər. Aİ Ermənistana yer açıbmı? Yox".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol