Menu

Ukraynada daha bir hindistanlı məhv edilib - Rusiya tərəfində döyüşürdü

29.07.2024, 16:24
Ukraynada daha bir hindistanlı məhv edilib - Rusiya tərəfində döyüşürdü

Rusiya işğalçı ordusuna cəlb olunmuş 22 yaşlı Hindistan vətəndaşı Ravi Mun Ukraynaya qarşı müharibədə həlak olub.

“AzPolitika” xəbər verir ki, bu barədə BBC xəbər yayıb. Agentlik qeyd edir ki, bu, son vaxtlar Hindistan vətəndaşlarının təsdiqlənmiş beşinci ölümüdür.

Xəbərdə deyilir ki, hindistanlı şəxs yanvar ayında nəqliyyat sektorunda işləmək adı altında Rusiyaya səfər edib. Lakin qardaşının açıqlamasına görə, ona yerindəcə silahdan istifadə öyrədilib və mart ayında cəbhəyə göndərilib: "Onunla əlaqə kəsildikdən sonra Hindistanın Moskvadakı səfirliyi ilə əlaqə saxladım və orada bizə qardaşımın öldüyü xəbər verildi".

Qeyd edilir ki, Ravi Munun yaxınları Hindistanın baş naziri Narendra Modinin ofisindən cəsədin vətənə qaytarılması üçün kömək istəyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol