Menu

“Vaqner” Afrikada ciddi itkilər verib - VİDEO

29.07.2024, 17:43
“Vaqner” Afrikada ciddi itkilər verib - VİDEO

Rusiyanın muzdlu hərbçilərdən təşkil olunan “Vaqner” qrupu Malidə baş verən ağır toqquşmalarda böyük itki verib.

“AzPolitika” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Məlumata görə, silahlı toqquşma “Vaqner” hərbçiləri ilə Mali hökumətinə qarşı mübarizə aparan tuareqlə arasında baş verib. İnsidentdən sonra onlarla vaqnerçi məhv edilib, bir neçə hərbi texnika tureqlərin nəzarətinə keçib.

Qeyd edək ki, Tuareqlər bir əsrdən artıqdır ki, müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparan döyüşkən Afrika qəbiləsidir. Fransızlar onların ərazilərini öz müstəmləkələri arasında bölüşdürüblər: Mali, Niger, Mərakeş və Əlcəzair.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol