Menu

Paris-2024: Hidayət Heydərov olimpiya çempionu oldu (Yenilənib)

29.07.2024, 20:47
Paris-2024: Hidayət Heydərov olimpiya çempionu oldu (Yenilənib)

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

***

Fransada keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu Hidayət Heydərov finala vəsiqə qazanıb.

APA xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov yarımfinalda kosovolu Akil Qyakova ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn H.Heydərov finala vəsiqə qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol