Menu

Ukraynadan Kurska raket hücumu – Belqorod və Kursk vilayətlərində həyəcan siqnalları eşidilib

30.07.2024, 13:52
Ukraynadan Kurska raket hücumu – Belqorod və Kursk vilayətlərində həyəcan siqnalları eşidilib

Ukrayna Rusiyanın Kursk vilayətinə raket zərbələri endirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya kanalları məlumat yayıb. Xəbərdə deyilir ki, iyulun 30-na keçən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 raketi məhv edib. Bunu region rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov deyib.

Səhər saat dörd radələrində bütün bölgədə raket xəbərdarlığı elan edilib. Yerli KİV-lər Kursk üzərində partlayış səslərinin eşidildiyini bildirib və bu barədə müşahidə kameralarından videolar dərc ediblər. Bildirilir ki, vurulan raketlərin parçaları bəzi məntəqələrdə həyətlərə düşüb. Dağıntı və itki barədə məlumat verilməyib.

Həmçinin həmin gecə Belqorod vilayətində raket təhlükəsi elan edilib. Ukrayna tərəfi hücumu və onun nəticələrini şərh etməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol