Menu

“Saakaşvili qayıtsa, müharibə olacaq” - Kobaxidze yenə gürcülərə xəbərdarlıq edir

30.07.2024, 17:36
“Saakaşvili qayıtsa, müharibə olacaq” - Kobaxidze yenə gürcülərə xəbərdarlıq edir

Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca, hakim siyasi qüvvə ölkə vətəndaşlarını müharibə təhlükəsilə daha çox qorxutmağa başlayır.

“AzPolitika” xəbər verir ki, Gürcüstanın Birinci kanalına müsahibə verən Baş nazir İrakli Kobaxidze Mixeil Saakaşvilinin siyasətə qayıdışının yolverilməz olduğunu deyib. Onun fikrincə, Gürcüstanda keçirilən parlament seçkilərində eks-prezident Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyasının qələbəsi ölkənin Avropaya inteqrasiyasının dayanmasına və onun ərazisində ikinci cəbhənin açılmasına gətirib çıxara bilər.

Onun fikrincə, “Gürcü arzusu” partiyasının seçilməsi Gürcüstanın daha da irəliləməsi, o cümlədən Avropaya inteqrasiyası üçün zəruri şərtdir.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-na təyin edilib. Seçkilər ərəfəsində əsas partiyalar arasında siyasi mübarizənin kəskinləşməsi müşahidə olunur və baş nazir Kobaxidzenin bəyanatları ölkədəki gərgin siyasi ab-havadan xəbər verir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol