Menu

Zelenski Belarusla sərhədi yoxlayıb... - Razı qalıb

30.07.2024, 17:38
Zelenski Belarusla sərhədi yoxlayıb... - Razı qalıb

Ukrayna Prezident Volodimir Zelenski Volın bölgəsində iclas keçirib. O, Belarus və Rusiya ilə sərhəddə istehkamların tikintisini yoxlayıb.

“AzPolitika” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Zelenski müdafiə xətlərinin vəziyyətindən razı qaldığını deyib: "Volın. İstehkamların tikintisi və şimal rayonlarımızın təhlükəsizliyinin təminatı. Əsas diqqət Rusiya və Belarusla həmsərhəd ərazilərdə dövlət sərhədimizin qorunmasıdır. Biz Ukrayna sərhədini möhkəmləndirməkdə davam edirik. Ukraynanın müdafiəsi və güclü olması üçün çalışan hər kəsə təşəkkürlər”.

Qeyd edək ki, bundan öncə Ukrayna Dövlət Sərhəd Xidmətinin yayımladığı məlumata görə, onlar hələ ki, Belarusla sərhədə yaxın və ya Sumı vilayəti istiqamətindən düşmən qoşunlarının artmasını qeydə almayıblar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol