Menu

Livandan İsrail ərazisinə 10 raket atılıb

30.07.2024, 17:50
Livandan İsrail ərazisinə 10 raket atılıb

İsrailin hava hücumundan müdafiə sistemi Livandan atılan 10 raketdən bir neçəsini zərərsizləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Yuxarı Qaliley bölgəsində hava hücumu xəbərdarlığından sonra Livan ərazisindən atılan 10-a yaxın raketin böyük hissəsi zərərsizləşdirilib, bir mülki vətəndaşın yaralanması barədə məlumat daxil olub”, - açıqlamada bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol