Rusiya Prezidenti Vladimir Putin, rublun ucuzlaşmasına maneə törətmək məqsədi ilə dollar satışı reallaşdırmaqdan spekulyatorları təhdid etməyə qədər hər şeyi sınadı. Ancaq heç biri işə yaramadı.
Rubl ötən iki ay içərisində 25% dəyər itirərək dollar qarşısında 52.51 rubla gerilədi və 2014-cü ildəki enişi 37%-ə çatdı. Dünya miqyasında rubldan daha çox dəyər itkisinə uğrayan tək bir pul vahidi var. Ukraynanın pul vahidi qrivna, rubldan daha çox eniş qeyd edib.
Ölkənin maliyyə çətinlikləri, Mart ayında Krımın Ukraynadan ayırmasından sonra başlamışdı.
Putinin rubl ilə bağlı narahatlığı ötən həftə parlamentə etdiyi illik çıxışında da özünü göstərdi. Putin, pul vahidinin əleyhinə iddialarda olan spekulyatorlara qarşı “sərt” tədbirlər görüləcəyini bildirdi. O, Rusiyanı Ukrayna ilə əlaqədar mövqeyində geri çəkilməyə məcbur edəcək bütün səyləri püskürdəcəyi sözünü də verdi. /"Marja"


Şərhlər