NATO müttəfiqlərinin Ukraynaya verdikləri F-16 qırıcılarının ilk partiyası bu ölkəyə çatdırılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ nəşri mənbələrə istinadla məlumat yayıb.
Onların fikrincə, çatdırılan təyyarələrin sayı azdır. Mənbələr onu da qeyd ediblər ki, son aylarda Qərbdə təlim keçən ukraynalı pilotların dərhal döyüş təyyarələri ilə uçmağa başlaya biləcəkləri və ya prosesin daha uzun çəkəcəyi də bəlli deyil.
Bloomberg Kiyevə təhvil verilən F-16-lar və onları göndərən ölkələr haqqında heç bir məlumat verməyib. Agentlik F-16-ların təhvil verilməsini bir ildən çox vaxt aparan “çoxdan gözlənilən addım” adlandırıb.


Şərhlər
Görüncə ki ruslar ard-arda yaşayış məntəqələrini ələ keçirirlər və buna görə də Zelenski sülh danışıqlarına başlamağa meyllənib,o saat iki ildir vermədikləri F-16-ları çatdırdılar ki,amandı sülh olmasın,iki tərəfdən də millət qırılmaqda davam etsin,qardaşlar barışmasınlar.Yer üzündə bənzəri görünməyən qancıq bir dövlətdi ABŞ.Biz ondan bacardıqca uzaq olmalıyıq,Uzaq Şərqə meyllənməliyik.ABŞ və Avropadan bizə qətiyyən xeyir gələn deyil,onlar 1099-cu ildə başlayan ilk səlib yürüşlərinin 1000 illik "yubiley"indən sonra səlib yürüşləri proqramını həyata keçirməkdədirlər.Bizə nifrət püskürmələri də bu proqramın maddələrindəndir.