Xəbər verildiyi kimi, İranın Ali dini lideri Əli Xamenei HƏMAS lideri İsmail Haniyənin Tehranda öldürülməsinə cavab olaraq, İsrailə zərbə endirilməsinə dair qərar verib. Bu barədə “The New York Times” İran mənbələrinə istinadla məlumat yayıb. Qeyd olunur ki, İran Haniyənin qətlinə görə İsrailə qarşı “xüsusi əməliyyatlar” keçirmək niyyətindədir.
İranın BMT-dəki missiyasının bəyanatında deyilir: “Haniyənin qətlinə cavab olaraq xüsusi əməliyyatlar olacaq. Bunlar daha ağır olacaq və günahkarda dərin təəssüf hissi yaratmaq məqsədi daşıyacaq”.
“AzPolitika” xəbər verir ki, “The New York Times” öz mənbələrinə istinadla İranın məhz hansı şəhərlərə zərbə endirəcəyi barədə məlumat yayıb. Qəzet yazır ki, İran Təl-Əviv və Hayfa bölgəsindəki hərbi hədəflərə PUA və raketlərin birgə hücumu ehtimalını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, İran mülki hədəflərə hücumlardan qaçmağa çalışacaq. Məlumata görə, Tehran həmçinin, Yəmən, Suriya və İraqdakı müttəfiq qüvvələrini də əməliyyata cəlb etmək fikrindədir.

Qəzet onu da yazır ki, İran lideri Xamenei silahlı qüvvələri İsrail və ABŞ-nin mümkün cavab zərbələrinə hazır olmağa da çağırıb: “O, Yaxın Şərqdə münaqişənin mümkün genişlənməsinə hazırlaşmağı tapşırıb”.
Xatırladaq ki, İran artıq bu ilin aprel ayında Suriyada məhv edilən generallarına görə bir dəfə “qisas əməliyyatı” keçirib. Lakin İsrailə atılan demək olar, bütün PUA-lar və raketlər məhv edilib. Nəticədə İsrail bu hücumdan heç bir ciddi xəsarət almayıb.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Yenə bənzəyəcək bizim Ağadadşın baltanı fırlaması kimi bir şeyə. O da İran fırlatsa əgər. 45 ildi bu sözü eşidirik. Adama deyərlər niyə. Bax əsil məsələdə bunda. Çünki, İran özü belə 45 ildi bu suala cavan tapa bilmir. .
Qoymayın baltazar Dadaş gəlir. Çox eşitmişik bu lafları. Düz 45 ildi. Adama deyərlər hadi ordan.
Raketlər atılacaq ,amma yenə İsrailin hərbi hədəflərinin yan-yörəsinə düşəcək bir-ikisi,qalanları da İsrailə çatmamış donqili satqın ərəb ölkələri tərəfindən vurulacaq.O boyda Rəsulillah geyimləriylə yazın gəlişindən xəbər verən ağdöş qaranquşlara bənzəyən ərəbləri adam edə bilmədisə İranın bir-iki dandq raketi çətin adam edə.
C. Məmmədov ,belə hoqqaları Sizlər ,Bizlər çox görmüşük , Haniyənin yerini də ,öldürənidə Sepah gözəl bilirdi ,əgər bilmirdisə deməli İran ölü bir dövlətdir ,sadəcə onu basdırmaq lazımdır .Onlar ancaq bizlərə xox gələ bilirlər ,lakin artıq bizim ordu nəyə qadir olduğunu gördülər ,ona görə erməniyə silah satmağa davam edirlər ,buda sizlərin müsəlman qardaşlığınız ,mənim belə qardaşlarım yoxdur ,ola da bilməz