Menu

NAZİM ABBASOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir əmr imzalayıb

01.08.2024, 21:02
NAZİM ABBASOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir əmr  imzalayıb

Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

N.Abbasov təqaüd yaşı tamam olduğu üçün öz arzusu ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nazim Abbasov peşəkar istintaqçı kimi tanınır. O, uzun illər Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi işləyib. 2019-cu ildə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi təyin edilmişdi.

Şərhlər

Dövlətini sevən 2024-08-08 22:22:39

Məzahir Məmmədov görəsən nə vaxt İşdən azad olunacaqdır ??? Məzahir Məmmədov hazırda Şəki də Məhkəmə qərarlarının icrası şöbəsinə rəhbərlik edir! Hərbi xidmətdən yayınıb və Dağıstanın diplomu ilə yüksək vəzifədə işləyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol