Sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərinə daha bir maraqlı sima qatılıb.
Qaynarinfo xəbər verir ki, həmin şəxs 88 saylı Şamaxı seçki dairəsindən namizədliyini irəli sürən Qurbanov Rauf Əfqan oğludur.
Əldə etdiyimiz məlumata görə, onun namizədliyi artıq qeydə alınıb.
Rauf Qurbanov əslən Şamaxı rayonundandır. O, ilk dəfədir ki, parlament seçkilərinə qatılır.
2007-2011-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "İnspektor" vəzifəsində işləyib. Rütbəsi daxili xidmət leytenantı olub.
2011-2018-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "Baş İnspektor" vəzifəsində işləyib. Rütbəsi daxili xidmət mayoru olub.
2018-2020-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Dördüncü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "Şöbə rəisi" vəzifəsinə qədər yüksəlib. Rütbəsi polkovnik-leytenant olub.
2020-2021-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Aran Regional (Kürdəmir, Ucar, Zərdab, Yevlax, Naftalan, Tərtər, Goranboy, Mingəçevir, Göyçay, Kəlbəcər) Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edib. Rütbəsi polkovnik-leytenant olub.
2021-2023-cü illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib. Rütbəsi polkovnik-leytenant olub.
2023-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Ailəlidir, iki övladı var.


Şərhlər