Menu

"Dünya bizim kimi düşünsəydi, Rusiyanı çoxdan dayandırardıq" - Zelenski

01.08.2024, 14:50
"Dünya bizim kimi düşünsəydi, Rusiyanı çoxdan dayandırardıq" - Zelenski

Sanksiyalar və Rusiya əleyhinə qərarlar yarımçıq olmasaydı, Vladimir Putini çoxdan dayandıra bilərdik.

APA-nın xəbərinə görə, bunu Fransanın “Le Monde” nəşrinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib:

“Ukrayna mövcudluğu uğrunda mübarizə aparır. Bütün dünya bizim kimi düşünsəydi, Rusiya tərəfini çoxdan dayandıra bilərdik. Dünya fərdlərdən daha güclü və nəhəngdir. Burada həmçinin, iqtisadi gücü də nəzərə almaq lazımdır. Rusiyaya sanksiyaların tam gücü ilə tətbiq edilməməsi bizə mane olur”.

Şərhlər

Oxucu. 2024-08-01 20:47:16

Bunlar tam xəstələniblər,cırtan boyda ölkələri özlərinin başına yığıb dünyanın adından danışırlar.

dadaşyev 2024-08-01 16:54:25

ABŞ və Avropa quldurları sizin kimi düşünmədikləri üçün sizi NATO-ya alacaqlarıyla aldadıb Rusiya ilə müharibəyə sövq edə biliblər.O boyda Ukrayna uşaq kimi aldadılıb ruslara qırdırılır,hələ də ağıla gəlməmisən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol