Menu

Tramp seçki kampaniyası üçün böyük miqdarda vəsait toplayıb – İanə edilən məbləğ açıqlandı

02.08.2024, 14:15
Tramp seçki kampaniyası üçün böyük miqdarda vəsait toplayıb – İanə edilən məbləğ açıqlandı

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp iyul ayında seçki kampaniyası üçün 138,7 milyon dollar ianə toplayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasının rəsmi saytından paylaşım edilib.

Açıqlamada Trampın seçki kampaniyası üçün ümumilikdə 327 milyon dollara yaxın ianə toplandığı bildirilib.

Qeyd edək ki, Trampın seçkidəki əsas rəqibi Kamala Harris seçki yarışı üçün başlatdığı ianə kampaniyasının ilk həftəsində 200 milyon dollara yaxın vəsait toplayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol