Ötən gün Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının vasitəçiliyi ilə Rusiya və ABŞ arasında böyük bir əsir mübadiləsi baş tutub.
“AzPolitika” xəbər verir ki, Türkiyənin bu məsələdə rolu Qərb mətbuatı başda olmaqla, dünyanın aparıcı media qurumları tərəfindən təqdir edilib.
Bu barədə məqalə yayımlayan ABŞ-nin “Wall Street Journal” (“WSJ”) nəşri son dönəmlər Türkiyənin Rusiya ilə Ukrayna arasında baş tutan əsir mübadilərindəki roluna diqqət çəkib və bu məsəldə qardaş ölkənin uğurlu bir tərəfdaş olduğunu qeyd edib.
Nəşr sözügedən əsir mübadiləsini Türkiyə Prezidenti "Rəcəb Tayyib Ərdoğanın növbəti diplomatik uğuru" adlandırıb.
“Ərdoğan bir daha Qərbə Türkiyənin vasitəçilik dəyərini xatırlatdı”, -deyə nəşr bildirib.
Xatırladaq ki, dünən MİT ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarında 26 nəfərin qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən böyük əsir mübadiləsi əməliyyatını həyata keçirib.
“AzPolitika.info”


Şərhlər