Menu

Sena çayının çirkli olmasına görə triatlonçuların məşqləri ləğv edilib

03.08.2024, 18:15
Sena çayının çirkli olmasına görə triatlonçuların məşqləri ləğv edilib

Triatlonçuların bu günə planlaşdırılan üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Buna səbəb Parisdə güclü yağış nəticəsində çayların çirklənməsidir. Qarışıq estafetin avqustun 5-də keçirilməsi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol