Menu

"İranın İsrailə hücum etməyi planlaşdırdığı tarix açıqlanıb" - KİV

04.08.2024, 09:11
"İranın İsrailə hücum etməyi planlaşdırdığı tarix açıqlanıb" - KİV

İran 12-13 avqust tarixlərində – yəhudi xalqının fəlakəti günü olan Tişa-Beavda İsrailə hücum etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Nəşr yazıb ki, “Sky News Arabia”nın Qərb kəşfiyyatındakı mənbələrinin İranın avqustun 12-si və 13-nə təsadüf edən Tişa-Beav günündə İsrailə hücum etməyi planlaşdırdığına dair sübutlarının olduğunu bildiriblər. İranın hücumu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin öldürülməsinə cavab olaraq gerçəkləşdiriləcək.

Həmçinin qeyd olunub ki, İranın hücumu, ehtimal ki, İranın dəstəklədiyi və Livanda yerləşdirilmiş “Hizbullah” ilə əlaqələndiriləcək.

Bundan əlavə, vurğulanıb ki, müqəddəs matəm günündə İsrailə hücum israillilərin emosional və psixoloji vəziyyətinə təsir göstərə bilər.

Qeyd edək ki, Tişa-Beav yəhudi təqvimində ən hüznlü günlərdən biri hesab olunur. Bu, Birinci və İkinci Yerusəlim məbədlərinin dağıdılmasının xatirəsinə həsr olunmuş milli matəm günüdür.

Şərhlər

dadaşyev 2024-08-04 12:17:48

davamı;həm də o vaxta qədər "qırmızı xəttlər"inə təkrar qırmızı boya çəkməlidi,çünki İsrail o qırmızı xəttləri o qədər tapdalayıb,o xəttlərə o qədər tüpürüb ki,xəttlərdə rəng solub,görünmür daha.Qırmızı xəttlərini papuaslar da elan edə bilər,amma papuasların nəyi var ki o xətti tapdalayana,o xəttə tüpürənə cavabını versin?Odur ki İran bizə də hərdənbir "Zəngəzur bizim qırmızı xəttimizdi" filandı deyəndə hesab edin ki bunu papuaslar deyir,qətiyyən ciddiyə almayın.Atdanıb düşmək istər,dərhal başından basılar.

dadaşyev 2024-08-04 12:07:50

Yəni o vaxta qədər İran İsrailə atacağı nöqtələrin koordinatını ABŞ rəsmilərinə bildirməklə məşğul olacaq ki,İsraildə bir adamın da burnu qanamasın,bir bina da uçurulmasın.

RR 2024-08-04 09:47:43

húcum eden tarix bildirir ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol