Menu

Musiqi ədəbiyyatı fənni üzrə elektron formada test imtahanı keçirilib

04.08.2024, 13:35
Musiqi ədəbiyyatı fənni üzrə elektron formada test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusu və Naxçıvan Dövlət Universitetində elektron formada 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib.

Bu barədə “Report”a DİM-dən bildirilib.

İmtahanda Bakıda 154, Naxçıvanda 6 abituriyent olmaqla, ümumilikdə 160 abituriyent iştirak edib.

Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək. Bakıda keçirilən imtahanda 133, Naxçıvanda isə 4 nəfər müvəffəqiyyət əldə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol