ABŞ nümayəndə heyəti Türkiyədən gizli şəkildə şəxsi təyyarə ilə havaya qalxaraq cümə axşamı İrana gedib.
Musavat.com xəbər verir ki, bu barədə Küveytin “Al Ceride” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, nümayəndə heyəti İranda kəşfiyyat və xarici işlər rəsmiləri ilə görüşlər keçirib.
Görüşdə ABŞ-ın Haniyənin öldürülməsindən xəbərsiz olduğu, Netanyahunun nəzarətdən çıxdığı və regional müharibə istədiyi bildirilib.
Eyni zamanda, Baydenin İranla müharibə istəmədiyi, lakin İranın hücumundan sonra İsraili müdafiə etməyə məcbur qalacağı diqqətə çatdırılıb.
Qəzet ABŞ-ın Tehrana sui-qəsddə əli ola biləcək və İrana sızmış 10 MOSSAD agentinin siyahısını verməsi ilə bağlı iddialara da yer verib.
ABŞ rəsmiləri görüşdə Tehranla dərhal nüvə sazişinin bağlanmasını və bunun Netanyahuya ən böyük zərbə olacağını təklif ediblər.
Qəzet iddia edir ki, ABŞ İrana eyni ilə apreldəki kimi, "prestij üçün hücum" imkanı da tanıyıb.
Sitat:"Nümayəndə heyəti İrana “Biz anlayırıq ki, siz prestij (nüfuzu qorumaq) üçün hücum etmək istəyəcəksiz. Ancaq çox da böyütməyin. Əgər biz (ABŞ və İran) dərhal nüvə razılaşması əldə etsək, Netanyahuya ən böyük zərbəni vurmuş olacaqsız."
Göründüyü kimi, eyni ilə bu ilin aprelində olduğu kimi, ABŞ dövriyyəyə girir və İranı çərçivəyə salmaq təşəbbüsü göstərir. Bu ilin aprel ayında bir neçə saat ərzində Tehran İsrailə 150-yə yaxın raket və 170-dən çox pilotsuz təyyarə atdı. Zərbə nəticəsində ölən olmadı. ABŞ və onun müttəfiqləri, o cümlədən İsrail hərbçiləri pilotsuz təyyarələrin və raketlərin 99%-ni tuta bildilər. Onlar da qurtuldu, İran da sifətini saxlaya bildi.
Bu dəfə də eyni model təklif olunur.
Görünən budur ki, İran ABŞ-ın bu təkliflərinə isti baxır.


Şərhlər
ABŞ-ı idarə edən protestant-yevangelistlər,yəni xristian maskalı yevreylər bu boyda dünya siyasətini “Bir cənub şəhəri”ndəki məhlə uşaqlarının cayıl söhbətləri səviyyəsinə endiriblər vallah.Necə yəni “siz prestij üçün hücum etmək istəyəcəksiniz,amma çox da böyütməyin”?Yəni “Ayağımdan vur,bax burdan,budumdan,camaatın da sözü kəsilsin.Day məni öldürməyəcəksən ki”.Lap donqilidirlər ki bunlar.ABŞ nümayəndələrinin Tehrana gizli uçuşunda əsas məqsəd budurmu yəni?Xeyr.Bu,xırda məsələdir,təfərrüatdı yəni əsas niyyəti gizlətmək üçün.Əsas məsələ İranın Haniyəni Tehranda öldürdüyü üçün İrana vəd olunmuş “killer payıdır”.Təkrar edirəm:ABŞ nümayəndələri İrana HANİYƏNİ ÖLDÜRDÜYÜ ÜÇÜN KİLLER PAYI VERMƏYİN DETALLARINI sövdələşməyə gəliblər.Yaxınlarda İranın dondurulmuş milyardlarından daha bir qismi İrana verildiyində və ya sanksiyaların bir qismi götürüldüyündə görəcəksiniz.Əlbəttə ki o payın verilməsi üçün “əsaslı səbəb” uydurulmalıdı indidən,o səbəb də İranla nüvə anlaşması məsələsidi.İndidən bunu bəşəriyyətin nəzərinə buna görə çatdırırlar.Yəni İrana milyardları qaytaracağımız zaman bilin ki o milyardları nüvə məsələsində razılığa gəldiyi üçün,İsraili vurmağı çox da böyütmədiyi üçün verəcəyik.